"Sabah"ın baş məşqçisi Vasili Berezutski Misli Premyer Liqasının 19-cu turunun "Neftçi" ilə oyundan sonra keçirilmiş mətbuat konfransında iştirak edib. O, jurnalistlərin suallarını cavablandırıb.
"Oyun ərzində bir az üstünlüyümüz var idi. Amma təəssüf ki, qalib gələ bilmədik. Daha da artırmağa çalışacağıq".
Matc.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Vasili Berezutski Misli Premyer Liqasının 19-cu turunun "Neftçi" ilə oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- Elvin Camalov o qədər pis durumdadır ki, onun əvəzinə mərkəz müdafiəçisi həmin mövqedə oynayırdı?
- Bu gün Sofian Çakla tapşırdığımız mövqedə çox xoşuma gəldi. Mövqe seçimi, bu zonadakı hərəkətliliyini bəyəndim. İstədiklərimizi həyata keçirdi. Elvin hələik hazır deyil.
- Düşünmürsüz ki, komandanın zəif nöqtəsi yarımmüdafiə xəttidir və transferlər o zona üçün ediləcək?
- Həm qış, həm də yayda skautlarımız işləyirlər. Axtarışlarımız var. Çox istəyərdik ki, bütün mövqelərə oyunçu transfer edək. Bununla rəqabəti artıraq.