“Portu”nun qapıçısı Dioqo Kosta karyerasını İngiltərədə davam etdirməyə yaxındı. Matc.az xəbər verir ki, portuqaliyalı qolkiperlə “Mançester Siti” danışıq aparır.

“Şəhərlilər” Kostanı braziliyalı çərçivə qoruyucusu Edersonun əvəzləyicisi kimi görürlər. Danışıqlar müsbət nəticələnsə, Dioqo cari mövsümün sonunda Mançester şəhərinə köçəcək.

Qeyd edək ki, Kostann “Portu” ilə 2027-ci ilin yayınadək nəzərdə tutulmuş müqaviləsi var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest