20 Yanvar 2025, 11:36
FUTBOL
Argentina millisinin və "İnter Mayami" klubunun futbolçusu Lionel Messi daha bir dünya çempionatında forma geyinmək arzusundadı. Matc.az xəbər verir ki, 37 yaşlı hücumçu DÇ-2026-da iştirak etmək istəyir.
Messi vurğulayıb ki, mundiala qatılmaq üçün öz üzərində daim işləyir. O, formada qalmaq üçün əlindən gələni etdiyini bildirib.
DÇ-2026 ABŞ, Meksika və Kanadada gerçəkləşəcək.
Qeyd edək ki, Messi Argentina millisi ilə son mundialın qalibi adını qazanıb.