“Flamenqo”nun baş məşqçisi Filipe Luis “Qarabağ”dan aldıqları Juninyo haqda danışıb. Matc.az xəbər verir ki, braziliyalı çalışdırıcı həmyerlisi barədə müsbət fikirlər səsləndirib.

Juninyonu tərəfləyən Filipe Luis onun “Flamenqo”ya çox xeyir verəcəyini bildirib. “Juninyo artıq bizimlədi. Onun bizim üçün də faydalı olacağına əminəm, çünki ambisiyalı futbolçudu. Juninyo heyətimizin səviyyəsini yüksəldəcək. Onun hücum xəttimizi gücləndirəcəyinə şübhəm yoxdu”, - deyə Luis vurğulayıb.

“Atletiko”nun sabiq müdafiəçisi qeyd edib ki, Juninyo oyun modelinin tələb etdiyi xüsusiyyətlərə malik hücumçudu.

Qeyd edək ki, “Qarabağ”da 80 matçda 42 dəfə fərqlənən Juninyonun “Flamenqo” ilə müqaviləsinin müddəti 2028-ci ilin sonunadək nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest