Gürcüstan yığmasının futbolçusu Xviça Kvaratsxeliyanın “Napoli”dən PSJ-yə satılmasının səbəbləri açıqlanıb. Matc.az xəbə verir ki, İtaliya klubunun idman direktoru Covanni Manna bununla bağlı açıqlama verib.

O bildirib ki, Xviçanın özü PSJ-yə satılmasını istəyib: “Hamımız dərk edirik ki, komandanı önəmli futbolçu tərk etdi. Ancaq bunu bizdən Xviçanın özü xahiş etdi”.

Qeyd edək ki, PSJ 70 milyon avroya transfer etdiyi Kvaratsxeliya ilə 2029-cu ilin yayınadək nəzərdə tutulmuş müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest