“Qarabağ”ın Avropa Liqasındakı rəqibi FCSB-da zədəli futbolçuların durumu müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə Rumıniya klubunun idman direktoru Mihay Stoyka məlumat verib. O bildirib ki, Antalya toplanışında zədələnən Darius Olaru 3 ay meydanlardan kənar qalacaq.
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi FCSB-da zədəli futbolçuların durumu müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə Rumıniya klubunun idman direktoru Mihay Stoyka məlumat verib.
O bildirib ki, Antalya toplanışında zədələnən Darius Olaru 3 ay meydanlardan kənar qalacaq. Həmçinin Oktavian Popesku da ən azı 2 ay oynamayacaq. Onun mövqeyində Aleksandru Musi, Mihay Toma və ya Aleksandru Stoyan oynaya bilər.
Qeyd edək ki, “Qarabağ” – FCSB oyunu yanvarın 23-də keçiriləcək.