“Mançester Siti” İngiltərə Premyer Liqasının XXII turunda səfərdə “İpsviç”i darmadağın edib - 6:0. Matc.az xəbər verir ki, “şəhərlilər” ispaniyalı mütəxəssisin rəhbərliyi altında 13-cü dəfə rəqib qapılarından 6 və ya daha çox qol vurub.

Qvardiola bu göstəriciyə görə, “Arsenal”ın sabiq çalışdırıcısı Arsen Vengerə çatıb. İndi o, yalnız Aleks Ferqyusondan geri qalır. Şotlandiyalı “Mançester Yunayted”lə 14 qarşılaşmada 6 və ya daha çox qol sevinci yaşayıb.

Qeyd edək ki, “Mançester Siti” hazırda Premyer Liqada 4-cü pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest