20 Yanvar 2025, 16:15
FUTBOL
“Mançester Yunayted”in vingeri Antoni İspaniya La Liqasında çıxış edəcək. Matc.az xəbər verir ki, 24 yaşlı futbolçu “Betis”lə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb.
Klublar Braziliya millisinin üzvünün mövsümün sonuna qədər icarəyə götürülməsi ilə bağlı bu həftə danışıqları yekunlaşdıracaq. Tərəflər hazırda son detalları müzakirə edir. İlkin anlaşmaya əsasən, “Mançester Yunayted” Antoninin “Betis”də icarədə olduğu müddətdə maaşının bir hissəsini ödəyəcək.
Qeyd edək ki, “sambaçı” bu mövsüm Premyer Liqada 8 oyun keçirib.