Azərbaycan millisinin hücumçusu Mahir Emreli klubu “Nürnberq”in növbəti oyununu buraxacaq. Matc.az xəbər verir ki, buna səbəb forvardın cəzalı duruma düşməsidi.

27 yaşlı futbolçu Almaniya Bundesliqa II-nin XVIII turunda “Karlsrue” (2:1) ilə qarşılaşmada sarı vərəqə alıb. Bu, Emrelinin mövsümdə 5-ci sarı vərəqəsi olub. Bununla cəzalı duruma düşən Mahir növbəti turda “Şalke” ilə keçiriləcək matçda komandadan ayrı qalacaq.

Qeyd edək ki, “Şalke” – “Nürnberq” oyunu yanvarın 25-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest