Ukrayna yığması DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisini Almaniyada qəbul edə bilər. Matc.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilib ki, Ukrayna Futbol Assosiasiyası üçün ev oyunlarını keçirmək üçün prioritet məkan məhz Almaniyadır. Çünki komanda həmin ölkədə özünü daha rahat hiss edir. İkinci ehtimal isə Polşadır. Yerli assosiasiya hazırda bu iki variant arasında seçim edir.

Qeyd edək ki, Ukrayna yığması DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan, İslandiya, eləcə də, Millətlər Liqasının 1/4 final mərhələsinin Fransa – Ukrayna cütünün qalibi ilə qarşılaşacaq. Millimiz sentyabrın 9-da Ukraynanı qəbul edəcək, oktyabrın 13-də adıçəkilən komandanın qonağı olacaq.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında baş verən iğtişaşla əlaqədar olaraq FIFA və UEFA-nın qərarı ilə ukraynalılar rəqiblərini neytral ölkədə qəbul edirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest