21 Yanvar 2025, 11:27
FUTBOL
Bolqarıstanın “Beroe” komandasının hücumçusu Leandro Qodoy Azərbaycanda çıxış edə bilər. Matc.az xəbər verir ki, bu barədə Bolqarıstanın “Matç Teleqraf” nəşri məlumat yayıb.
Bildirilib ki, Premyer Liqada çıxış edən klublardan biri 23 yaşlı argentinalı futbolçunun transferində maraqlıdı. Ancaq onun transferi o qədər də asan başa gəlməyəcək. Çünki Moskva “Lokomotiv”i və Bolqarıstanın SSKA klubları da Qodoyu heyətinə qatmaq niyyətindədi.
“Beroe” isə forvardının satışından 1 milyon avroluq gəlir əldə etməyi hədəfləyir. Hücumçunun klubu ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdi.
Qeyd edək ki, Leandro Qodoy bu mövsüm “Beroe”nin heyətində bütün turnirlərdə 18 oyun keçirib, 12 qol vurub.