UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində keçiriləcək “Qarabağ” – FCSB (Rumıniya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

Matc.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı yanvarın 22-də saat 13:15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
17:00-də isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azersun Arena”da keçiriləcək. Qonaq komandanın baş məşqçisi Elias Xaralambousun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:00-da start götürəcək. Rumıniya təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi 18:30-da başlayacaq.
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – FCSB görüşü saat 21:45-də başlayacaq.