Oyunlar meydan sahiblərinə məxsus “Beşiktaş Ümraniyə”, “Florya Mətin Oktay” və “Fənərbağça Dərəağzı” təlim-məşq bazalarında keçiriləcək.

“Neftçi”nin 17 yaşadək oğlanlardan ibarət komandası Türkiyədə beynəlxalq yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq. Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Komanda fevralın 8-də qardaş ölkəyə yollanacaq. Ötən mövsüm U-16 liqasının qalibi olmuş Asif Ramazanovun yetirmələri Türkiyə nəhəngləri - “Beşiktaş”, “Qalatasaray” və “Fənərbağça” klublarının müvafiq yaş qrupundan ibarət komandaları ilə qarşılaşacaqlar.

Oyunlar meydan sahiblərinə məxsus “Beşiktaş Ümraniyə”, “Florya Mətin Oktay” və “Fənərbağça Dərəağzı” təlim-məşq bazalarında keçiriləcək.

Qeyd edək ki, beynəlxalq yoldaşlıq görüşləri fevralın 9-15-i aralığında keçiriləcək. “Neftçi” fevralın 16-da Bakıya qayıdacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest