“Çelsi” və PSJ-nin sabiq futbolçusu David Luisin yeni komandası bəlli olub. Matc.az xəbər verir ki, Braziliya millisinin keçmiş müdafiəçisi karyerasını ölkəsində davam etdirəcək.

Belə ki, 37 yaşlı futbolçu “Fortaleza” ilə anlaşıb. Onunla yeni klubu arasında 2026-cı ilin sonunadək nəzərdə tutulmuş saziş imzalanıb. Bu müddətdə tərəflər bir-birindən razı qalsalar, müqavilənin müddəti daha 1 illik uzadılacaq.

Qeyd edək ki, Luis “Flamenqo”dan ayrıldıqdan bəri klubsuz idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest