"Selta"nın yarımmüdafiəçisi Luka de la Torre "San-Dieqo"ya keçib.
Matc.az xəbər verir ki, bu barədə MLS klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, 26 yaşlı futbolçu 2025-ci il dekabrın 31-nə kimi almaq opsiyonu ilə icarəyə verilib.
Luka de la Torre ABŞ milli komandasının oyunçusudur. O, millidə 24 oyun keçirib və 1 qol vurub.
Qeyd edək ki, futbolçu San-Dieqoludur və futbolçu karyerasına orada başlayıb. 2013-cü ilin yayında İngiltərənin "Fulhem" klubunun akademiyasına keçib. Daha sonra klubun əsas komandasında çıxış edib və 2020-ci ilin avqustunda Niderlandın "Herakles"inə keçib. 2 ildən sonra "Selta" onu 1,4 milyon avroya alıb.
De la Torre Viqo klubunun heyətində 67 oyun keçirib, 4 qol vurub və 9 məhsuldar ötürmə edib.