"Gimaraeş"in braziliyalı vingeri Kayo Sezar "Əl-Hilal"a keçib.

Matc.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Transfer 9 milyon avro təşkil edib. 20 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, "Gimaraeş"in heyətində Braziliya "Kuritiba"sının yetirməsi 47 oyun keçirib, 4 qol vurub, 8 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest