I Liqada çıxış edən "Cəbrayıl" klubunda ayrılıq yaşanıb. Matc.az xəbər verir ki, komandanın baş məşqçisi Elhad Nəziri postunu tərk edib.

Nəziri bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, öz istəyi ilə komandadan ayrıldığını vurğulayıb.

Qeyd edək ki, "Cəbrayıl" I Liqada 11 turdan sonra 14 xal toplayıb və turnir cədvəlində beşinci pillədə yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest