“Borussiya” rəhbərliyi komandanın baş məşqçisi Nuri Şahini istefaya göndərib. Matc.az xəbər verir ki, bu barədə Dortmund klubunun rəsmi saytında məlumat yayılıb.

Rəhbərlik komandanın uğursuz nəticələrinə görə türkiyəli çalışdırıcı ilə əməkdaşlığı dayandırmağı məqsədəuyğun sayıb. Ötən gecə Çempionlar Liqasında "Bolonya"ya məğlubiyyət (1:2) Nuri ilə bağlı həlledici qərarın verməsi ilə nəticələnib.

Qeyd edək ki, Şahin “Borussiya”nı keçən ilin yayından çalışdırırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest