22 Yanvar 2025, 16:13
FUTBOL
“Fənərbaxça” daha bir ulduz futbolçunu heyətinə qatıb. Matc.az xəbər verir ki, Türkiyə klubu PSJ-nin mərkəz müdafiəçisi Milan Şkrinyarı transfer edib.
30 yaşlı oyunçu Superliqa təmsilçisi ilə müqavilə imzalamaq üçün artıq İstanbula yollanıb. Çünki klublar arasında danışıqlar müsbət yekunlaşıb.
Qeyd edək ki, Milan Şkrinyar bu mövsüm bütün turnirlərdə 5 oyun keçirib.