19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi yanvarın 27-dən 29-dək Bakıda, yanvarın 30-dan fevralın 6-dək isə Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçirəcək. Matc.az xəbər verir ki, komandamız Minskdə olduğu müddətdə fevralın 2-də və 5-də iki yoldaşlıq oyunu keçirəcək. Hər iki qarşılaşmada rəqib Belarusun U-19 yığması olacaq.
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi yanvarın 27-dən 29-dək Bakıda, yanvarın 30-dan fevralın 6-dək isə Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçirəcək.
Matc.az xəbər verir ki, komandamız Minskdə olduğu müddətdə fevralın 2-də və 5-də iki yoldaşlıq oyunu keçirəcək. Hər iki qarşılaşmada rəqib Belarusun U-19 yığması olacaq.
Təlim-məşq bu futbolçular çağırılıb: Mehriban Şahməmmədova, Aydan Həsənova, Məsumə Nəzərli, Aysu Murtuzayeva, Lalə Abbaszadə (hamısı “Neftçi”), Aydan Əkbərova, Pərişan Abdullayeva, Vahidə Əlipaşayeva, Fatimə Əhmədova, Röya Əliyeva (hamısı “Baku Juniors”), Aysel Ziyadova, Səma Həsənli, Günel Muradova (hamısı “Qəbələ”), Ülviyyə İslamova (“İnter Xaçmaz”), Mədinə Curuqova (“Sabah”), Mədinə Qadimaliyeva (“Sumqayıt”), Aysel Cumayeva (“Balxurma”), Güləsər İsmailova (“Gömrükçü”).