“Sabah” yarımmüdafiəçisi Elvin Camalovla yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kapitanın ayrılmaqla bağlı müraciətinə klub rəhbərliyi tərəfindən müsbət qarşılıq verilib və onunla yolların ayrılmasına şərait yaradılıb.
“Sabah” yarımmüdafiəçisi Elvin Camalovla yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kapitanın ayrılmaqla bağlı müraciətinə klub rəhbərliyi tərəfindən müsbət qarşılıq verilib və onunla yolların ayrılmasına şərait yaradılıb. Camalov bu gün səhər “Sabah” Futbol Mərkəzində klub rəhbərliyi, komanda yoldaşları və klubun digər əməkdaşları ilə görüşərək, onlarla sağollaşıb.
O, 2021-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışırdı. Uzun müddət komandada kapitanlıq sarğısını daşıyan Elvin “Sabah”ın heyətində ümumilikdə 113 oyun keçirib.
Qeyd edək ki, Elvin Camalovun karyerasını “Neftçi”də davam etdirməsi gözlənilir.