22 Yanvar 2025, 17:48
FUTBOL
İspaniya Kral Futbol Federasiyası (RFEF) hakimlik fəaliyyətini təkmilləşdirmək məqsədilə iki əsas liqanın bütün 42 klubunun hakimləri və rəhbərlərinin iştirakı ilə iclas keçirməyi qərara alıb.
Matc.az xəbər verir ki, görüşün hakimlər komitəsinin rəhbəri Luis Medina Kantalexo və peşəkar liqanın prezidenti Xavyer Tebasın iştirakı ilə fevralın 6-da baş tutması nəzərdə tutulub.
Federasiya rəhbərliyi ümid edir ki, bu, qarşılıqlı anlaşmanın əldə olunmasına və münasibətlərdə gərginliyin aradan qaldırılmasına kömək edəcək.