22 Yanvar 2025, 19:15
FUTBOL
"Qalatasaray"ın futbolçusu Vilfred Zaha karyerasını ABŞ-də davam etdirəcək. İstanbul klubu 32 yaşlı vingeri "Şarlott"a icarəyə verib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Zaha 2025-ci ilin sonuna kimi MLS təmsilçisinin formasını geyinəcək. "Şarlott" istəsə, icarə müddətini uzada bilər.
Qeyd edək ki, Vilfred Zaha mövsümün ilk yarısında icarə əsasında Fransa "Lion"unda çıxış edib.