"Mançester Siti"nin müdafiəçisi Kayl Uoker icarə əsasında İtaliya "Milan"ına keçəcək. Müqavilədə istəyə bağlı satınalma variantı da olacaq.

Matc.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində insayder Fabrisio Romano məlumat verib.

Bildirilir ki, Uoker "Milan"la 2027-ci ilin iyun ayına qədər davam edəcək müqavilənin şərtlərini razılaşdırıb.

Qeyd edək ki, İngiltərə çempionatının cari mövsümündə 34 yaşlı Kayl Uoker 15 oyun keçirib. O, həmçinin Çempionlar Liqasında iki, İngiltərə Liqa Kubokunda bir oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest