“Trabzonspor” heyətinə yeni futbolçu qatıb. Matc.az xəbər verir ki, Türkiyə klubu Ukrayna millisinin hücumçusu Danilo Sikanı transfer edib.

Donetsk “Şaxtyor”undan alınan 23 yaşlı forvard Superliqa təmsilçisi ilə 4,5 illik müqavilə imzalayıb. Bu keçid “Trabzonspor”a 6 milyon avroya başa gəlib.

Qeyd edək ki, Danilo Sikan Ukrayna millisinin heyətində 7 oyun keçirib, 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest