PSJ Randal Kolo-Muaninin transferi ilə bağlı problemləri həll edib. Matc.az xəbər verir ki, Fransa klubu artıq 6 futbolçunu icarəyə verdiyi üçün Kolo-Muanini “Yuventus”a göndərə bilməyib.

Artıq bu məsələ yoluna qoyulub. Liqa 1 təmsilçisi “Vilyarreal”da icarədə olan müdafiəçi Xuan Bernatı ispanlara birdəfəlik verməklə bağlı razılığa gəlib. PSJ Bernatla müqaviləni ləğv edəcək və müdafiəçi “Vilyarreal”la müqavilə bağlayacaq. Kolo-Muaninin yaxın vaxtlarda klublardan birinə keçidi gözlənilir.

Qeyd edək ki, Randal Kolo-Muani 2023-cü ildən PSJ-də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest