“Marsel”in hücumçusu Meyson Qrinvud Yamayka millisində çıxış edəcək. Matc.az xəbər verir ki, 23 yaşlı ingilis futbolçu vətəndaşlığını dəyişmək üçün sənədləşmə prosesinin son mərhələsindədi.
İngiltərə Futbol Assosiasiyası onun bir daha ölkənin millisinə çağırılmayacağını açıqladıqdan sonra Qrinvud Yamayka millisini təmsil etmək qərarına gəlib. O, bu hüququ Karib əyalətində doğulan atası sayəsində qazanıb. Üstəlik, forvardın İngiltərə millisində yeganə çıxışı 21 yaşdan kiçik olduğu zaman baş verib ki, bu da ona FİFA qaydalarına uyğun olaraq idman milliyyətini dəyişməyə imkan verir.
Qeyd edək ki, Meyson Qrinvud 2022-ci ilin yanvarında təcavüz cəhdində ittiham olunub, lakin 2023-cü ilin fevralında bütün ittihamlar ləğv edilib. O, cari mövsüm “Marsel”in heyətində 20 oyunda 13 qol vurub, 4 məhsuldar ötürmə verib.