23 Yanvar 2025, 13:17
FUTBOL
Qapıçı İnyaki Penya “Barselona” ilə müqaviləsini uzada bilər. Matc.az xəbər verir ki, 25 yaşlı qolkiperin İspaniya klubu ilə hazırkı sözləşməsi 2026-cı ilin yayına qədərdi.
Kataloniyalılar ispaniyalı futbolçu ilə davamlı əməkdaşlığı müzakirə etmək istəyir. Rəhbərlik gələn mövsüm başlamazdan əvvəl bu problemi həll etməyi hədəfləyir.
Qeyd edək ki, İnyaki Pena cari mövsüm La Liqada 15 oyun keçirib, 18 qol buraxıb.