“Mançester Siti” heyətinə yeni futbolçu cəlb edib. Matc.az xəbər verir ki, klub “Ayntraxt”ın hücumçusu Ömər Marmuşun keçidini açıqlayıb.

Bildirilib ki, 25 yaşlı misirli forvardla 2029-cu ilin yayınadək müqavilə imzalanıb. Bu transfer ingilislərə 70 milyon avroya başa gəlib.

Qeyd edək ki, Marmuş Almaniya Bundesliqasının cari mövsümündə 17 oyunda 15 qol vurub, 9 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest