AFFA İntizam Komitəsi Misli Premyer Liqasında XIX turun oyunlarında qeydə alınan neqativ hallara hüquqi qiymət verib. Matc.az xəbər verir ki, ən çox cərimə “Turan Tovuz”a kəsilib.
Səfərlə qarşılaşmada 5 futbolçusu sarı vərəqə alan tovuzlular 700 manat cərimələnib. Bundan başqa, azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Turan Tovuz” 800 manat cəriməyə məruz qalıb.
Həmçinin tovuzlu azarkeşlər tərəfindən hakimlərin və rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığı üçün “Turan Tovuz” daha 1000 manat xərcə düşüb. Azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” daha 1500 manat cərimələnib.
“Neftçi” – “Sabah” oyununda meydançaya kənar şəxs daxil olduğundan, birincilər 800 manat ziyana düşüb.