23 Yanvar 2025, 16:57
FUTBOL
“Sambaçı” 1 il ərzində 26 dəfə rəqib qapılarına yol tapıb.
“Qarabağ”ın “Flamenqo”ya satdığı futbolçu Olavio Juninyo diqqət mərkəzinə düşüb. Matc.az xəbər verir ki, braziliyalı hücumçu son 1 il ərzində ən çox qol vuran oyunçular siyahısında qərarlaşıb.
Belə ki, 28 yaşlı “sambaçı” bu müddətdə 26 dəfə rəqib qapılarına yol tapıb. Bu, ona CİES-in tərtib etdiyi “Top-100”də yer almağa imkan verib.
Qeyd edək ki, Juninyo “Qarabağ”ın heyətində ölkədaxili yarışlarda 15, avrokuboklarda isə 11 dəfə qol sevinci yaşayıb.