23 Yanvar 2025, 17:55
FUTBOL
"Real"ın futbolçusu Vinisius Junior karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi ilə bağlı yayılan xəbər haqda danışıb. Matc.az xəbər verir ki, braziliyalı hücumçu bunu şayiə adlandırıb.
Vinisius "Real"da qalacağını bildirib: “Gələcəyim ancaq "Real" ilə bağlıdı. Doğma klubum üçün 101 qol vurmağı bacardığıma görə şadam. "Real"ın tarixinə düşmək fürsəti məni xoşbəxt edir”.
Qeyd edək ki, Vinisius Çempionlar Liqasında "Zalsburq"la matçda dubl etməklə "Real"dakı qollarının sayını 101-ə çatdırıb.