23 Yanvar 2025, 18:30
FUTBOL
"Santos" yanvarın sonuna kimi 32 yaşlı hücumçu Neymarın transferini elan etmək niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə "Ge.Globo" məlumat yayıb.
Hazırda futbolçu "Əl-Hilal"ın futbolçusudur.
Bildirilir ki, Braziliya klubu artıq Neymarın adı olan xeyli sayda köynək hazırlayır. Bundan əlavə, "Santos" rəhbərliyi ulduz futbolçunun gəlişi ərəfəsində yeni sponsorlar cəlb etməyə çalışır.
Braziliya klubunun Neymarla müqaviləsinin 2026-cı ilin iyun ayına qədər davam edəcəyi vurğulanır. "Santos"un futbolçusu olmaq üçün hücumçu "Əl-Hilal"la müqaviləni pozmalıdır.
Səudiyyə klubu isə Neymarın 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləsinə görə borclu olduğu 65 milyon dollardan imtina etməsini istəyir.