23 Yanvar 2025, 21:15
FUTBOL
"Qalatasaray" Moskva "Spartak"ının 22 yaşlı hücumçusu Manfred Uqalde ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində jurnalist Kaqan Dursan məlumat verib.
Bildirilir ki, İstanbul klubu "qırmızı-ağlar"ın futbolçunu transfer siyahısına daxil edib ki, bu siyahıda "Volfsburq"un hücumçusu Yonas Vind də var.
Qeyd edək ki, bu mövsüm Uqalde bütün turnirlərdə 22 oyun keçirib, 16 qol vurub və 3 məhsuldar ötürmə edib.
22 yaşlı hücumçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 15 milyon avrodur.