23 Yanvar 2025, 22:50
FUTBOL
"Barselona" rəsmi saytında mərkəz müdafiəçisi Ronald Arauxonun müqaviləsinin 30 iyun 2031-ci ilə qədər uzadıldığını açıqlayıb.
Matc.az xəbər verir ki, uruqvaylı müdafiəçinin "Barselona" ilə əvvəlki müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Arauxo 2018-ci ildən Kataloniya klubunda çıxış edir. Bu müddət ərzində o, böyüklər komandası üçün bütün turnirlərdə 155 oyun keçirib, 8 qol vurub və 6 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalında futbolçunun bazar dəyəri 55 milyon avrodur.