"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda "Lion"un baş məşqçisi Pyer Sayanı köməkçisi ilə səhv salıb.

Matc.az xəbər verir ki, qapılara qol vurulmayan oyunun start fitindən əvvəl əvvəl portuqaliyalı mütəxəssis Sayanın köməkçisinə yaxınlaşaraq onun əlini sıxıb və ona bir neçə söz deyib. Bundan sonra "Lion"un baş məşqçisinin köməkçisi barmağı ilə işarə edərək Sayanı göstərib. Portuqaliyalı fransalı həmkarına baxanda təəccüblənib.

Bundan sonra "Fənərbaxça"nın çalışdırıcısı Saya ilə salamlaşıb. Onlar birlikdə şəkil də çəkdiriblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest