"Qalatasaray" qış transfer dönəmində heyətini gücləndirib.

Matc.az xəbər verir ki, Türkiyə Superliqasının lideri "Eyüpspor"da çıxış edən milli futbolçu Əhməd Kutucunu heyətinə qatıb.

24 yaşlı hücumçu ilə 3,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kutucu bu mövsüm bütün turnirlərdə 20 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest