24 Yanvar 2025, 13:03
FUTBOL
“Barselona”nın sabiq futbolçusu Jordi Alba karyerasının ən çətin gecəsini açıqlayıb. Matc.az xəbər verir ki, hazırda “İnter Mayami”nin formasını geyinən 35 yaşlı futbolçu həmin gecəni heç cür unuda bilmədiyini qeyd edib.
O bildirib ki, 2019-cu ildə Çempionlar Liqasında səfərdə “Liverpul” ilə keçirdikləri cavab matçında çox zəif çıxış edib: “Həmin görüşdə mənim səhv ötürməmdən sonra ilk qolu buraxdıq. Əslində, heç vaxt ayrılıqda hansısa futbolçunu günahlandırmağı xoşlamıram. Yəni uğursuzluq varsa, bütün komanda məsuliyyət daşıyır. Ancaq “Enfild”dəki həmin oyunda yaxşı vəziyyətdə deyildim. Karyeramın ən çətin gecəsi idi”.
Qeyd edək ki, “Barselona” həmin matçda 0:4 hesabı ilə uduzaraq Çempionar Liqası ilə vidalaşmışdı.