24 Yanvar 2025, 13:58
FUTBOL
“Barselona”nın futbolçusu Ansu Fatinin komandadakı gələcək taleyi hələ də dəqiqləşməyib. Matc.az xəbər verir ki, klub rəhbərliyi 22 yaşlı hücumçu ilə ortaq məxrəcə gələ bilmir.
Məsələ burasındadı ki, kataloniyalılar Fatinin “Barselona”dan gedişini istəyirlər. Çünki onun gedişi “Mançester Yunayted”in üzvü Markus Reşfordun “Barsa”ya keçidinə yol aça bilər. Lakin Ansu hazırkı komandasından ayrılmamaqda israr edir.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Ansu Fati 2019-cu ildən əsas komandada oynayır. O, 2023/2024 mövsümünü icarə əsasında “Brayton”da keçirib.