Səudiyyə Ərəbistanı klubları “Real”ın hücumçusu Vinisius Junioru transfer etmək üçün rekord məbləğdə pul xərcləməyə hazırdılar. Matc.az xəbər verir ki, braziliyalı forvardın 1 milyard avroluq sərbəst buraxılma maddəsi var.

Səudiyyəlilər bu qədər pul ödəməyə hazır deyillər. Ancaq yayda keçidin reallaşması üçün əllərindən gələni edirlər. Ulduz futbolçu “Əl-Nəsr”, “Əl-Hilal” və “Əl-Əhli”nin maraq dairəsindədi. Onun sonuncu komandaya transferi daha real görünür. Ərəblər Vinisiusun keçidi üçün “Real”a 350 milyon avro ödəməyə razıdılar.

Qeyd edək ki, Vinisius Juniorun “Real”la müqaviləsi 2027-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest