24 Yanvar 2025, 16:47
FUTBOL
“Filadelfiya Yunion”ın futbolçusu Kavan Sallivan DÇ-2026-da iştirak etmək istəyir. Matc.az xəbər verir ki, 15 yaşlı oyunçu özü bu barədə açıqlama verib.
O, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatında ABŞ millisinin heyətində oynamaq niyyətində olduğunu deyib: “Məqsədim 2026-cı ildə ölkəmdə keçiriləcək dünya çempionatında iştirak etməkdi. Bu, dəlilik olardı. Bəli, cəmi 16 yaşım olacaq, amma hər şey mümkündü. Məncə, bacararam”.
Qeyd edək ki, Kavan Sallivan 14 yaş 293 gündə meydana çıxaraq, MLS tarixində ən gənc debütant olub.