24 Yanvar 2025, 17:51
FUTBOL
“Real”ın yarımmüdafiəçisi Lukas Vaskes zədələnib. Matc.az xəbər verir ki, 33 yaşlı hücumameyilli oyunçu məşq zamanı bud nahiyəsindən xəsarət alıb.
İspaniya millisinin sabiq üzvü zədəsinin dərəcəsini müəyyən etmək üçün bu gün tibbi müayinədən keçəcək. Yalnız ondan sonra Vaskesin nə vaxta qədər sıradan çıxdığı bilinəcək.
Qeyd edək ki, Lukas Vaskes bu mövsüm “Real”ın heyətində 27 oyun keçirib, 2 qol, 4 assistlə yadda qalıb.