"Bu, məğlubiyyət üzücü oldu. Belə oynamaqla uduzanda ikiqat üzüntü yaşanır”. Matc.az xəbər verir ki, bunu “Şamaxı”nin baş məşqçisi Ayxan Abbasov deyib.
"Bu, məğlubiyyət üzücü oldu. Belə oynamaqla uduzanda ikiqat üzüntü yaşanır”. Matc.az xəbər verir ki, bunu “Şamaxı”nin baş məşqçisi Ayxan Abbasov deyib.
O, Misli Premyer Liqasının XX turunun “Zirə” ilə ev matçından sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb: “Futbolçularımız yaxşı oyun göstərdi. İlk yarının sonlarında diqqətsizlik üzündən qol buraxdıq. Bu qol rəqibə psixoloji üstünlük verir. "Zirə" ilə görüşdə qolları qaçırmaq üzücü olur. Bakı təmsilçisi kompakt, sürətli oynayan komandadır. İkinci top da elə vuruldu. Fərdi səhvlərimizi azalda bilsək, nəticələr də yaxşı alınacaq”.
Abbasov qarşılaşmada heç-heçəni daha ədalətli sayır: “Heç-heçə daha ədalətli olardı. Arsen Ağcabəyov son dəqiqədə, ondan oncə isə Belajdi Pusi qol imkanını qaçırdı. Futbolçuların əziyyətinə görə məyusam. Həm "Qarabağ"la, həm “Zirə” ilə matçda fərdi səhvlərə görə xalsız qaldıq. Buna çarə tapmalıyıq”.
Mütəxəssis Premyer Liqada komanda sayının dəyişməsi ilə bağlı xəbərlərə münasibət bildirib: “Mən həmişə komanda sayının artmasının tərəfdarıyam. Dörd dövrə oynamaq çətindir. Say artsa, yerli futbolçular da oynayacaq, gənclər üzə çıxacaq. Hamı legioner gətirməyəcək, avrokubok üçün oynamayacaq. Premyer Liqa oyunları yaxşı stadionlarda keçirilməlidir”.
Qeyd edək ki, “Şamaxı” ev oyununda 1:2 hesabı ilə uduzub.