Braziliya millisinin və "Qalatasaray"ın sabiq futbolçusu Felipe Melo karyerasını bitirib.

Matc.az xəbər verir ki, bu barədə 41 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.

"Bu gün həyatımın ən önəmli dövrlərindən birini bitirirəm. Futbolçu karyeramı başa vururam", - deyə Melo yazıb.

Qeyd edək ki, son olaraq ölkəsinin "Fluminense" komandasında çıxış etmiş Felipe Melo karyerası ərzində "Qalatasaray"la yanaşı, İtaliyanın "Yuventus" və "İnter" kimi tanımış komandalarının da formasını geyinib. O, Braziliya millisinin heyətində 22 matçda 2 qolla yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest