24 Yanvar 2025, 19:17
FUTBOL
"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim klubun qış "transfer pəncərəsi"ndə hərəkətsizliyindən narazıdır.
Matc.az xəbər verir ki, bu barədə "Manchester Evening News" məlumat yayıb.
Bildirilir ki, portuqaliyalı mütəxəssis noyabrda baş məşqçi postuna təyinat aıanda "qırmızı şeytanlar"ın maliyyə problemlərindən xəbərsiz ola bilərdi. Lakin, klubun mənbələri bunu inkar edir və Amorimə maliyyə reallıqları ilə bağlı tam təfərrüatların verildiyini iddia edir.
Qeyd edək ki, İngiltərə çempionatının 22 turundan sonra "Mançester Yunayted"in 26 xalı var və 13-cü pillədə qərarlaşıb.