İtaliyanın "Milan" komandasının zədəli futbolçusu Emerson Royalın durumuna aydınlıq gəlib.

Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsində İspaniya təmsilçisi "Jirona" ilə keçirilmiş VII tur oyununda (1:0) sağ baldırından xəsarət alan 26 yaşlı müdafiəçi 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, braziliyalı futbolçu bu mövsüm "Milan"ın heyətində 26 matçda meydana çıxıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest