Səudiyyə Ərəbistanının "Əl-Hilal"ın sol cinah oyunçusu Neymar Braziliyanın "Santos" klubuna qayıtmağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "L'Équipe" nəşri paylaşıb.
Bildirilir ki, Səudiyyə Ərəbistanı və Braziliya klubları arasında danışıqlar demək olar ki, yekunlaşıb. Hər iki tərəf müqavilənin tezliklə bağlanacağına ümid edir.
Xatırladaq ki, cinah yarımmüdafiəçisi 2013-cü ilə qədər "Santos"da çıxış edib, daha sonra Kataloniya "Barselona"sına keçib.
Qeyd edək ki, bu mövsüm Neymar "Əl-Hilal"ın heyətində bütün yarışlarda 2 oyun keçirsə də, qol vura bilməyib. Futbolçunun hazırkı klubu ilə cari müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir və onu daha 1 il uzatmaq imkanı var.
"Transfermarkt" portalında 32 yaşlı futbolçunun bazar dəyəri 15 milyon avrodur.