24 Yanvar 2025, 22:35
FUTBOL
PSJ klubu "Liverpul"un 25 yaşlı mərkəz müdafiəçisi İbrahima Konateni heyətinə qatmaq üçün hər cür səy göstərir.
Matc.az xəbər verir ki, bu barədə "Anfield Watch" məlumat yayıb.
Bildirilir ki, fransız nəhəngi yayda "qırmızılar"ın futbolçusunu almağa ümid edir. Konatenin ingilis klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır və tərəflər hazırda müqavilənin uzadılması ilə bağlı danışıqlar aparmır.
Qeyd edək ki, Konate bu mövsüm bütün turnirlərdə 22 oyun keçirib, 2 qol vurub və bir məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 50 milyon avrodur.