25 Yanvar 2025, 13:30
FUTBOL
Son olaraq "Beşiktaş"da baş məşqçilik edən Covanni van Bronxost özünə yeni iş tapıb.
Matc.az xəbər verir ki, mütəxəssin yeni ünvanı UEFA olub. İki aydır işsiz olan niderlandlı sözügedən qurumda oyun analitiki vəzifəsində çalışacaq.
Qeyd edək ki, Bronxostun "Beşiktaş"dakı macərası 178 gün davam edib. O, mövsümə əzəli rəqibi "Qalatasaray"ı 5:0 məğlub edərək Super Kubok zəfəri ilə başlamışdı. Lakin sonradan gözlənilən performansı göstərə bilməyib.
O, İstanbul klubunda keçirdikləri bütün oyunlarda 10 qələbə, 4 bərabərlik və 6 məğlubiyyət alıb.