25 Yanvar 2025, 19:50
FUTBOL
Almaniya II Bundesliqasında 19-cu turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubu "Nürnberq" bu gün səfərdə "Şalke 04"ün qonağı olub. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Emreli ötən tur "Karlsrue" ilə matçda sarı vərəqə alıb. Bu, onun cari mövsümdə 5-ci sarısı olub və cəzalı duruma düşən 27 yaşlı futbolçu "Şalke 04" ilə oyunu buraxıb.
Emreli bu mövsüm "Nürnberq"lə bütün turnirlərdə 14 oyunda meydana çıxıb, 4 qol vurub və 1 qol ötürməsi edib.
Qeyd edək ki, 19 oyundan 25 xalı olan "Nürnberq" turnir cədvəlində 12-ci, 24 xala malik "Şalke 04" isə 13-cü yerdədir.